0
Wednesday 23 March 2011 - 09:46

Ərəblər Liviyaya qarşı

Story Code : 60998
Ərəblər Liviyaya qarşı
Ərəblər Liviyaya qarşı
"IslamTimes" "Reuters"ə istinadən xəbər verir ki, İngiltərə ərəb dövlətlərinin Liviya əleyhinə müharibsinə qoşulacaq. 

İngiltərənin Müdafiə Naziri Liam Foks Qərbin Liviyaya qarşı təşkil etdiyi hücumların uğurlu olduğunu bildirib. Liviya isə Qərbin hücumu nəticəsində bu günədək 48 mülki vətəndaşın həlak olduğunu bildirir.

İngiltərəyə məxsus "Tornado" qırıcıları Liviyanı bombaladığı bir halda bu ölkənin Müdafiə Naziri Liam Foks Ərəb dövlətlərinin də Liviyaya qarşı hərbi əməliyyatlara qoşulacağından xəbər verib. 

Liam Foks deyib: "Mən ümid edirəm ki, bu günün sonu, ya sabahdək ilk Ərəb dövlətləri Liviyadakı hərbi əməliyyatlara qoşularaq, köməkçi qüvvələr göndərəcək."

İngiltərənin Müdafiə Naziri uyğun mövzu ilə bağlı bəzi Ərəb dövlətlərindən müsbət cavab aldığını da söyləyib.

Liam Foks iddia edir ki, Ərəb dövlətlərinin bu əməliyyatda iştirak etməsi onu göstərir ki, Qərb Ərəb dünyasına hücum etməyib və yalnız Liviya xalqını vəhşi bir diktator əlindən xilas etmək istəyir.

Nəzərinizə çatdıraq ki, bütün bu hadisələr bir halda baş verir ki, Müəmmər Qəddafi Liviya prezidenti olduqdan sonra son illər Afrika ölkələri arasında Qərblə ən sıx əlaqəsi olan ölkə Liviya olmuşdur. Onlar hər zaman terrorla mübarizə adı altında Qərblə çiyin-çiyinə addımlayıblar.

"IslamTimes" - Tərcümə şöbəsi
Related Stories
Comment