0
Tuesday 29 March 2011 - 12:29

Corc Buş da deyirdi: "İraq Əfqanıstan deyil"

Story Code : 62058
Barak Obama
Barak Obama
ABŞ prezidenti Barak Obama Amerika ordusunun Liviyadakı aparacağı əməliyyatların sabah reallaşacağını bildirib

FaktXeber-in CNBC-ə istinadən verdiyi məlumata görə, Obama çıxış zamanı "İraqda etdiyimiz səhvlərə yol verməməliyik. Əgər Qəzzafinin ordusunu məğlub etməyə çalışsaq koailisya qüvvələri param-parça olar" deyə açıqlama verib.

ABŞ-da aparılan sorğu nəticəsində 47% əhali Liviyaya qarşı müdaxiləni təsdiqləyib. Bu göstərici son 40 ildə aparılan tədqiqatlar içərisində ən zəif göstəricidir. Bu günlərdə ABŞ prezidenti Barak Obama televiziya vasitəsilə Amerika xalqına xitab edərək, Liviya aparılan əməliyyatlar haqqında məlumat verib.

Barak Obama çıxışı zamanı "İraqda etdiyimiz səhvlərə yol verməməliyik. Əgər Qəzzafinin ordusunu məğlub etməyə çalışsaq koailisiya qüvvələri param-parça olar. Liviyada quru da əməliyyat aparmaq olduqca çox təhlükəlidir. İraqda apardığımız müharibə 8 il davam etdi. Neçə minə yaxın ABŞ əsgərinin və milyonlarla iraqlının ölümünə səbəb oldu. Bu müdaxilə ABŞ üçün milyardlarla dollara başa gəldi. Liviyaya müdaxilə etmək üçün BMT təhlükəsizlik şurasının 1973 sayl qərarından kənara çıxmayacağıq. Bizim Liviyaya quru qoşun göndərmək fikirimiz yoxdur.

Hazırda güclü bir koalisiya ilə Liviyaya müdaxilə etmişik. Bu koalisyaya Fransa, Kanada, Danimarka, Norveç, İtaliya, İspaniya, Yunanıstan və Türkiyə kimi güclü ölkələr daxildir. Bizim hədəfimiz Liviyada rejimi dəyişmək deyil. Xalqı öldürən Mammer Qəzzafinin ordu qüvvələrindən qurtarmaqdır" - deyə bildirib.

Xatırladaq ki, ABŞ 2003-cü ildə İraqı nüvə silahına sahib çıxmaqda təqsirli bilərək İraqa hücum etmişdi. 8 il ərzində davam edən müharibədən sonra ölkdə 1,3 milyon dinc iraqlı öldürülmüşdü. 8 ildən sonra ABŞ rəsmiləri İraqda nüvə silahının olmadığı qənaitinə gələrək, ABŞ kəşfiyyatçılarının səhvən bir məlumat verdiklərini bildirmişdilər.


Related Stories
Comment