0
Thursday 12 February 2009 - 16:49

BRİTANİYALI MƏMUR ETİRAZ ETDİYİNƏ GÖRƏ HƏBS EDİLDİ

O, Qəzzada İsrail rejiminin törətdiklərinə dair reportaja baxdıqdan sonra idman zalında səsləndirdiyi fikirlərinə görə həbs edilib.
Story Code : 622
BRİTANİYALI MƏMUR QƏZZA HADİSƏLƏRİNƏ ETİRAZ ETDİYİNƏ GÖRƏ HƏBS EDİLDİ
BRİTANİYALI MƏMUR QƏZZA HADİSƏLƏRİNƏ ETİRAZ ETDİYİNƏ GÖRƏ HƏBS EDİLDİ
Böyük Britaniya Xarici İşlər Nazirliyinin Cənubi Asiya bölməsinin rəhbəri Rouen Lakston Qəzzada İsrail rejiminin törətdiklərinə dair reportaja baxdıqdan sonra idman zalında səsləndirdiyi fikirlərinə görə həbs edilib, - Lenta.ru xəbər verir.

Mətbuatın bildirdiyinə görə, 47 yaşlı Lakston repotaja baxarkən velosiped trenajorunda məşq eləyirmiş. Zalda olanların sözlərinə görə Lakston reportaj qurtardıqdan sonra deyib: "Lənətə gəlmiş. Sionist əsgərlərini yer üzündən silmək lazımdır".

Hadisə zamanı idman zalının işçiləri dərhal mühafizəçini çağırmış və olanlar barədə polisə şikayət olunmuşdu. Lakston həbs edilmiş, lakin az sonra zəmanətlə buraxılmışdı. Qeyd edək ki, Böyük Britaniyada belə çıxışlara görə maksimum yeddi il həbs cəzası nəzərdə tutulub.

XİN mətbuat xidməti isə hələlik istintaq aparıldığını bildirərək insidenti şərh etməyin tez olduğunu bildirib. Lakston özü isə bəyan edib ki, onun çıxışları heç də anti-yəhudi xarakter daşımayıb.

Mənbələrin bildirdiyinə görə Lakston hələ də XİN-də öz vəzifələrini icra edir. O yalnız Britaniyanın Cənubi Asiya siyasətinə cavabdehlik daşıyır, həmçinin milliyətcə yəhudi olan nazir Devid Milibendin mətbuat-konfranslarına rəhbərliyini də icra edir.

Lakston 2000-ci ildə müsəlman xanımla ailə qurub. Buna qədər o, Britaniyanın Əfqanıstandakı səfirinin müavini vəzifəsində çalışıb.
Related Stories
Comment


Related links