Azərbaycanın Quba rayonunda 75 yaşlı qadın özünü yandırıb. Hadisə Qubanın Aşağı-xuc kəndində baş verib. Quba rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, kənd sakini Əhmədova Qızxanım Zəki qızı yaşadığı mənzildə üzərinə neft tökərək özünü yandırıb. O təcili olaraq Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Qızxanım Əhmədovaya tibbi yardım göstərilib. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
İslamTimes: Ötən ilin noyabr ayında itkin düşmüş, dünən yanmış meyiti tapılan Tovuz rayonunun Dondar Quşçu kənd sakini - 10 yaşlı Nərmin Quliyevanın ...