0
Thursday 1 June 2017 - 23:52

ABŞ Rusiya və Çinə qarşı sanksiyaları daxil etdi

Story Code : 642582
ABŞ Rusiya və Çinə qarşı sanksiyaları daxil etdi
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.
Qeyd edilir ki, sanksiyalar altına üç Rusiya şirkəti və Rusiyanın bir vətəndaşı düşüb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar “Rosneft”in keçmiş rəhbəri Eduard Xudaynatov və “NNK-Primorsknefteprodukt” kampaniyasına qarşı tətbiq edilib. Sanksiyaların altında düşmüş üçüncü şirkət Moskvada qeydə alınmış “Ardis-Bearings LLC”-dir. Onun baş direktoru İqor Miçurinin “Korea Tangun Trading Corporation” şirkəti ilə bağlı olduğu bildirilir.
Bundan başqa, sanksiyaların altına Koreya Xalq Ordusu və Koreya Xalq Demokratik Respublikasının Müdafiə Nazirliyi düşüb.
Related Stories
Comment