QR CodeQR Code

New York Times: İran İraqda ABŞ-ın yerini tutur

Nur.az.com , 19 Jul 2017 00:23

İslamtimes - Amerikanın “New York Times” qəzeti “ABŞ İraqdan çıxdıqdan sonra İran onun yerini tutdu” başlıqlı yazısında İranın İraqda iştirakının artmasını təhlil edib.


Qəzetin yazdığına görə bugünləri İraqda İranın iştirakı hiss olunur. Mağazaların bütün rəfləri İran malları ilə doludur. Hətta, bu ölkənin televiziyasından yayımlanan proqramlar da İranla uyğunluq daşıyır.
Qəzet təhlilinin davamında yazır: “Bundan əlavə, İraqın dövlət siyasətçiləri də əsasən, İranyönümlü simalardan təşkil olmuşdur”.
İraqın ordu və könüllü xalq qüvvələrinin İŞİD üzərində qələbəsinə toxunan qəzet vurğulayır ki, İran İraqa, Suriyaya və oradan da Aralıq dənizinə qədər öz hüzurunu genişləndirmək niyyətindədir.
Qəzet “Dənizə gedən yol” başlığı altında verdiyi təhlildə yazır: “İranı İraqın şərqində ən böyük layihəsi Diyalə əyalətində 24 km-lik yol çəkilişidir. Bu yol Suriyaya ordusuna kömək və bu ölkəyə təchizat göndərmək məqsədi daşıyır”.


Story Code: 654417

News Link :
https://www.islamtimes.org/az/news/654417/new-york-times-iran-iraqda-abş-ın-yerini-tutur

Islam Times
  https://www.islamtimes.org