0
Tuesday 19 April 2011 - 06:49

İngiltərədə sülh fəalları dövlətə qarşı birləşir

Story Code : 66267
İngiltərədə sülh fəalları dövlətə qarşı birləşir
İngiltərədə sülh fəalları dövlətə qarşı birləşir
"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, sülh fəallarının bu addımı bir halda baş verir ki, İngiltərə, Fransa və Amerika - Liviya ərazilərinin bombalanmasının davam edəcəyindən xəbər verib. 

Sülh fəalları İngiltərənin bu müharibəyə qoşulduğuna görə təəssüf hissləri keçirdiklərini açıqlayıblar. Onlar bu döyüşdə iştirak edən dövlətlərin Liviyada vəziyyəti ağırlaşdırdığını bildiriblər. 

Nəzərinizə çatdıraq ki, Qərb bir neçə dəfə mülki vətəndaşların məskunlaşdığı əraziləri hədəfə alıb, sonra isə bu hadisənin səhv üzündən baş verdiyini açıqlayıb. Liviya müxalifəti də bir neçə dəfə xarici qüvvələrin müdaxiləsinin gərəksiz olduğunu açıqlayıblar. 

İngiltərə sülh fəalları bü gün ölkə Baş Nazirinin ofisi qarşısında etiraz aksiyası keçirəcək.
Related Stories
Comment