0
Saturday 7 May 2011 - 23:20

Obamanın Ben Ladenin cəsədi ilə təbliğat oyunu

Story Code : 70413
Obama - Ben Laden
Obama - Ben Laden
Ben Ladenin qətlə yetirilməsi ABŞ-ın terrorizmlə mübarizə siyasətlərinə aid edilməzdən öncə Obamanın seçki öncəsi təbliğat kompaniyası kimi dəyərləndirilməlidir. 

Əsrin müəmması kimi yad edilən Üsamə Ben Laden iki onilllikdən çoxdur ki, bütün dünyanı özünə məşğul edib. 

Üsamə Ben Laden 1979-1989-cu illərdə ABŞ-a bağlı bir fiqur kimi Əfqanıstanda işğalçı Sovet ordusu ilə ciddi mübarizə aparırdı. 

Həmin zamanlar Ben Laden Sovet ordusu ilə mübarizə ilə yanaşı öz gizli toxumlarını Amerika və Avropada yayaraq, “Əl-Qaidə”ni genişləndirməyə başladı. 

Sovet ordusu 1989-cu il 15 fevral tarixində Əfqanıstanı tərk etdikdən sonra isə “Əl-Qaidə” rəhbəri 180 dərəcə dəyişməklə ABŞ-la mübarizə planını qarşısına qoydu. 

İlk baxışdan sələfi və vəhhabi əqidəsinin daşıyıcısı olan Ben Laden Sovet Respublikasını İslam ümmətinin düşməni bildiyi kimi, ABŞ-la mübarizəni də “Səliblər”ə qarşı mübarizənin bir hissəsi hesab edirdi. 

“Əl-Qaidə” 1998-ci ildə öz gizli qüvvələri ilə ABŞ hərbiçilərinə qarşı mübarizəyə başladı. 

ABŞ-ın Tanzaniya və Keniyadakı səfirliklərinin və Yəmənin Ədən sahillərində lövbər salan ABŞ-a məxsus “USS Cole” hərbi gəmisinin partladılmasında “Əl-Qaidə” ittiham edildi. 

Sonra isə 2001-ci ildə ABŞ tarixində ən böyük terror hadisəsi baş verdi. ABŞ iddia edirdi ki, bu əməliyyatı “Əl-Qaidə” həyata keçirib. Amma sonradan toplanmış faktlar sübuta yetirdi ki, bu əməliyyatın planını ABŞ özü cızıb. 

11 sentyabr hadisəsi Əfqanıstan və İraqı işğal etmək üçün bir bəhanəyə çevrildiyi zamandan “Əl-Qaidə” ilə ABŞ arasında müharibə zirvə həddinə çatdı. 

Əldə olunan məlumatlara əsasən, Üsamə Ben Laden 2009-cu ildə Əfqanıstandakı Torabura dağında böyrək xəstəliyindən vəfat edib. 

Elə həmin vaxt Ben Ladenin cəsədi ABŞ-ın Kabuldakı hərbiçiləri vasitəsi ilə morqa yerləşdirilib. ABŞ rəhbərliyi Ben Ladenin cəsədindən münasib zamanda siyasi zəmində (təbliğat üçün) bəhrələnmək niyyətində idi. 

Nəhayət bir neçə gün öncə Obama seçki təbliğatları başladığına görə Ben Ladenin cəsədini üzə çıxarmağı qərara aldı. 

Belə ki, Ben Ladenin cəsədi İslamabadın 60 km-liyində yerləşən Abbotabad məntəqəsini köçürüldü. Bu yerdəyişmədən sonra ABŞ hökuməti mətbuata verdiyi açıqlamada bildirdi ki, onlar böyük nailiyyət əldə edərək, Ben Ladeni qətlə yetiriblər. 

ABŞ ordusunun Ben Ladenin evinə hücum nümayişi canlı yayımla Ağ Ev dövlət xadimlərinə göstərilirdi. Elə bu zaman Barak Obama televiziya kanalları vasitəsi ilə çıxış edərək Ben Ladenin qətlə yetirilməsi xəbərini xalqa çatdırdı. 

Ben Ladenin qətlə yetirilməsi xəbərinin Obama tərəfindən açıqlamasında ilkin hədəf seçki öncəsi kompaniyalarda respublikaçı rəqiblərdən önə keçmək idi. 

Bu gün 2012-ci ildə keçiriləcək prezident seçkilərinin ABŞ tarixində ən çox pul xərclənmiş seçki olacağı ehtimal edilir. 

ABŞ prezidentinin ikinci hədəfinin dolların xilası olduğu bildirilir. Ben Ladenin ölüm xəbərindən sonra dolların qiyməti sürətlə qalxmağa başlayıb. 

Obama seçki öncəsi ABŞ-ın iflic olmuş iqtisadiyyatını diriltməklə xalqın dəstəyini qazanmaq niyyətindədir.

Araşdırmaçılar Ben Ladenin terror planının demokratlar tərəfindən cızıldığını bildirir. Bu məsələ Ağ Ev ilə Pakistan arasında ciddi problemin yaranmasına səbəb olub. 

Digər tərəfdən Ben Ladenin cənazəsinin gizlədilməsi və onun dənizə atıldığı iddiası mövcud şübhələri daha da möhkəmləndirir. 

Şəksiz ki, gələcəkdə respublikaçılar demokratları məğlub etmək üçün Üsamə Ben Ladenin qətlə yetirilməsinə aid sənədlərin saxta olduğunu ifşa edəcək. 

Dünya bir ildən sonra ABŞ-da xalqı aldatmaq məqsədli pərdə arxasında baş verən siyasi oyunların şahidi olacaq. 

Üsamə Ben Ladenin öldürülməsi xəbəri demokratların, xüsusi ilə Barak Obamanın yenidən Ağ Evə daxil olması üçün bir "təbliğat" kampaniyasında baş qabir şey deyildi. 

Müəllif: Həsən Hanizadə - Beynəlxalq ekspert
“IslamTimes” – Tərcümə Şöbəsi
Source : “Mehr” xəbər agentliyi
Related Stories
Comment