0
Tuesday 10 May 2011 - 14:17

Fələstində milli barışıq

Story Code : 71003
Fələstində milli barışıq
Fələstində milli barışıq
Şübhəsiz ki, son zamanlar Orta Şərqdə baş verən hadisələr politoloqların da qeyd etdiyi kimi, Fələstində baş verən hadisələrdən də təsirsiz ötüşməyib. Orta Şərqdə baş verən bu hadisələr səbəb olub ki, müstəqil və azad Fələstin dövlətinin təsis olunması ilə bağlı ümidlər bir daha çiçəklənsin. 

Son günlər Misir daxilində Fələstin-İsrail əlaqələri ilə bağlı baş vermiş iki mühüm hadisə xüsusi maraqla qarşılandı. Bu hadisələrin baş verməsi Misirin Fələstin üçün həlledici mövqedə olan bir ölkə olduğunu sübuta yetirdi. 

Hərçənd ki, bir neçə gün öncə Fələstin daxilində atəşkəs sazişi layihəsinin imzalanması mühüm xəbər olsa da, İsrailin əsas ehtiyacını ödəyən Misir qazını işğal olunmuş Fələstin ərazilərinə ötürən qaz kəmərinin naməlum şəxslər tərəfindən partladılması İsrailə ağır zərbə oldu. Misir qazının İsrailə ötürülməsi İsrailə kömək edirdi ki, onlar Fələstin xalqının etirazlarını daha rahat yatırsın. 

Qaz kəmərinin partladılmasından sonra İsrail rəsmiləri bu hadisəyə görə ciddi nigarançılıq keçirdiklərini açıqladılar. 

İşğalçı rejimin qaz kəmərinin partladılmasına görə keçirdikləri bu təəssüf hissi FƏTH və HƏMAS arasında sülh sazişinə görə keçirdikləri təəssüf hissindən az deyildi.
Misir 25 yanvar inqilabından iki ay sonra sübut etdi ki, Fələstin dövləti kənarında mühüm və xeyirli yer tuta bilər. Onlar bu məsələdə daha böyük təsirə malik ola bilərdilər. Amma şəxsi və siyasi ambisiyalar üzündən bu təsir daha ciddi ola bilmədi. 

FƏTH və HƏMAS təşkilatları Fələstin xalqının bətnində inkişaf etmişdir. Onların yeganə fərqi budur ki, biri Fələstindən xaricdə formalaşaraq, sonradan Fələstinə dönüb və burada qüdrətə çatıb. Digəri isə elə Fələstin torpağında yaranaraq xalq içində inkişaf edərək, güclənib və dövlət qurmağı qərar alıb. 

Bu iki təşkilatın bir-birləri ilə müştərək cəhətləri ilə yanaşı fərqli cəhətləri də vardır. Amma onların arasındakı bu fərqlər nəinki zəif nöqtə sayılmır, hətta siyasi və beynəlxalq müstəvidə onların güclü tərəfi hesab edilir. 

"IslamTimes" - Tərcümə Şöbəsi
Related Stories
Comment