0
Friday 13 April 2018 - 13:54

5.6 milyon zəvvar İmam Kazımın (ə) hərəmini ziyarət etdi

Story Code : 717633
5.6 milyon zəvvar İmam Kazımın (ə) hərəmini ziyarət etdi
Deyerler.org Aljawadain-ə istinadən xəbər verir ki, Kazimeyn şəhərindəki Cavadeyn İmamlarının (ə) mütəhhər hərəmində keçirilən mətbuat konfransında bu barədə açıqlama verilib. Kazimeyn imamlarının (ə) hərəminin rəhbəri professor doktor Camal Abdul Rəsul Əl-Dabbaq, Bağdad Əməliyyatları Komandanlığının komandiri general-leytenant Cəlil Əl-Rubai və Bağdadın xanım bələdiyyə başçısı doktor Zikri Alluş birgə bəyanatla çıxış ediblər: “İmam Museyi Kazımın (ə) müsibətli şəhadətinin ildönümü münasibətilə 25 rəcəb (12 aprel) günorta saatlarına qədər Kazimeyn şəhərinə gələn zəvvarların sayı 5.6 milyonu keçib. Şənbə günü bu sayın daha da artacağı gözlənilir. Matəm günlərində Kazimeyn şəhərinə gələn əcnəbi zəvvarların sayı isə 300 mindən çox olub”.

Digər tərəfdən, doktor Alluş Bağdad Bələdiyyəsinin xidmət planının davam etdiyini açıqlayıb. Bunun üçün 7 bələdiyyə müdiriyyəti, 1500 xidmət işçisi və 220 xüsusi xidmət mexanizminin cəlb olunduğu qeyd olunub.

Bağdad əməliyyatlar komandiri təhlükəsizlik planı üzrə görülən işlərin də qaydası ilə getdiyi və indiyə qədər xüsusi bir təhlükəsizlik problemi ilə qarşılaşmadıqlarını açıqlayıb.
Source : Deyerler
Related Stories
Comment