0
Saturday 16 June 2018 - 19:26

Düşmən Qarabağda qanunsuz müşahidə sistemləri qurur

Story Code : 731898
Düşmən Qarabağda qanunsuz müşahidə sistemləri qurur
Düşmən Qarabağda qanunsuz müşahidə sistemləri qurur
"Facebook" sosial şəbəkəsində yayılan məlumatlara görə, bir müddət əvvəl Qarabağdakı qondarma qurumun "təhlükəsizlik xidməti"nin rəisi vəzifəsindən azad edilən Arşavir Qaramyan və onun sabiq müavini Qaqik Sarkisyanın rəhbərliyi ilə qoşunların təmas xəttinin şimal-şərq istiqamətində (Madagiz, Talış istiqaməti) xüsusi quruculuq işləri aparılır.
 
Tədbirlərin həyata keçirilməsinə qondarma qurumun "təhlükəsizlik xidməti"nin xüsusi təyinatlı əməkdaşları da cəlb edilib. Məlumata görə, bu işlər başa çatdırıldıqdan sonra qoşunların təmas xəttinin bu hissəsində qeyd olunan mövqenin sağ və sol cinahlarının müşahidəsi yaxşılaşdırılacaq.
 
Bu mövqenin də yüksək keyfiyyətli kamera ilə təchiz edildiyi və işə salındığı qeyd olunur. Yeni müşahidə sisteminin fasiləsiz işləməsi üçün günəş batareyası da quraşdırılıb. Müşahidə sisteminin heyətinə avadanlığın istismarı üzrə dərs keçilib. Bildirilir ki, bu işlərə 3 il əvvəl başlanılıb və işin yekunlaşdırılması üçün bir neçə mövqe qalırdı.(ordu.az)
 
Source : Qafqaz.info
Tagged
qarabağ
Comment