0
Tuesday 24 May 2011 - 00:13

Ağ ev psixoloji baxımdan sağlam olmayan əsgərlərin artmasından narahatdır

Story Code : 74003
USA soldiers in Afghanistan
USA soldiers in Afghanistan
"IslamTimes" ABŞ dövlət dairələri və xəbər agentliklərindən əldə olunan məlumata əsasən xəbər verir ki, ABŞ ordusu yaydığı bəyanatda bildirib ki, Amerika Əfqanıstana ezam olunmuş əsgərlərinin psixoloji cəhətdən normal durumdan xaric olmasından narahatdır. Onları narahat edən mühüm hal budur ki, əsgərlərdə yaranan bu psixloloji durum günü-gündən artır. 

Son 6 il ərzində psixoloji baxımdan sağlam olmayan əsgərlərin sayı gözə çarpacaq dərəcədə artmışdır. Bu hadisə səbəb olub ki, ABŞ dövləti orduda əsgərləri müalicə etmək üçün daha çox həkim işə götürsün. Psixoloji baxımdan sağlam olmayan əsgərlərin sayının həddindən artıq olması onların müalicəsi üçün yeni məkanların yaradılmasına da səbəb olubdur. 

Əldə olunan məlumatlara əsasən, Əfqanıstanda ABŞ əsgərlərinin qətli olduqca çoxalıb. Belə ki, bu ölkəyə ezam olunmuş hər 10 əsgərdən 8-i öz həbiçi yoldaşının ölümünə şahid olublar.
Related Stories
Comment