1
Thursday 18 October 2018 - 17:04

İmam Rzanın (ə) hərəmində Ərbəin xidmətçiləri yola salınır

Story Code : 756606
İmam Rzanın (ə) hərəmində Ərbəin xidmətçiləri yola salınır
Deyerler.org Asdan News-a istinadən xəbhər verir ki, höccətül-İslam Seyid İbrahim Raisi Qüds Rəzəvi ostanının İslam inqilabı həyətində təşkil olunan Ərbəin xidmətçilərini yola salma mərasimində çıxışında belə deyib: “Bu il Ərbəin ikiqat əhəmiyyət daşıyır, çünki bu ilki Ərbəin İslam inqilabının 40-cı ildönümü və Ərbəininə təsadüf edir və bu uyğunluq çox mənalıdır.
 
Ərbəin İmam Hüseynə (ə) könül verən müxtəlif millətlərə, etnik qruplara mənsub olan milyonlarla insanın bu yürüşə qatılması qlobal imperializmə qarşı müqavimət cəbhəsinin mühüm təzahürlərindən biridir.
 
Nəhəng Ərbəin yürüşü xalqın iradəsinin məhsuludur. Haqqtələblilik, haqqı axtarmaq və xalqın və millətlərin bəsirəti Kərbəlada bu möhtəşəm yürüşü həyata keçirən amillərdir.
 
Ərbəin xalqın səmimi iradəsinin təzahür etdiyi bir tədbirdir. Dünyada heç bir qurum və ya təşkilat Ərbəini formalaşdırmır, xalqın iradəsindən başqa heç bir şey insanları bu yola cəlb etmir və xalqın bəsirəti bunu edir, xalqın bəsirəti də haqq olan bir şeyə qərar verdikdə, heç bir qüvvə onu məhdudlaşdıra bilməz”.
 
Ərbəin xuddamlarına müraciət edən Seyid İbrahim Raisi, belə deyib: “Sizlər sırf keçmişdə baş vermiş bir həmasəti anmaq üçün bu yola getmirsiniz. Sizlər məhz gələcəkdə baş verəcək bir əmasət üçün zəmin hazırlayırsınız və o böyük həmasət də Mehdinin (ə) zühurudur. Sizin bu yolda atdığınız hər bir addım bir həcc və ümrə qədər savabı var. Bu da sizlərin nurlanacağınız deməkdir və mənəvi nur izzət və güc gətirər. Nur yalnız ruhu oxşayan bir şey deyil. Nurun başqa təsirləri də vardır. Nur həm qəlbi qüvvətləndirir, həm də düşüncəyə bəsirət gətirir. İslam inqilabının zəfərə və davamlılığının məntiqini dərk etmək, İran millətinin hər il Ərbəin tədbirinə qatılmasına və düşmənin guşəyə çəkilməsinə və İslam ümməti və İran millətinin əzəmətinə səbəb olur.
 
Source : Deyerler
Tagged
ərbəin
Related Stories
Comment