0
Thursday 2 June 2011 - 05:39

ABŞ Türkiyəni razı salmağa çalışır

Story Code : 76213
ABŞ Türkiyəni razı salmağa çalışır
ABŞ Türkiyəni razı salmağa çalışır
ABŞ Türkiyəni razı salmağa çalışır. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Mark Töner Qəzzaya göndəriləcək ikinci yardım gəmisi ilə bağlı bütün məsələləri Türkiyə ilə paylaşdığını deyib.
O bildirib ki, Türkiyə hökuməti ilə bütün nigarançıqılıqlarını paylaşırlar: "Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu açıqlamasında Qəzzaya yardım göndərən ölkələrə heç kimin mane ola bilməyəcəyini demişdi. Bu fikir doğru ola bilər, amma məqsədimiz mane olmaq deyil. Müstəqil fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinə müdaxilə edə bilmərik. Sadəcə olaraq insan həyatının risqə atıldığı yeni bir vəziyyətlə üzləşmək istəmirik. Bununla bağlı da Türkiyə ilə danışıqlarımız davam edir. Bütün nigarançılığımızı Türkiyə ilə paylaşırıq". /SIA.az/
Related Stories
Comment