QR CodeQR Code

Qarabağla bağlı 2 filmin təqdimatı olacaq

IslamTimes , 23 Dec 2018 15:06

İslamTimes: Qarabağ: əcdadlarımızın mirası...


Dekabrın 24-də, saat 15:00-da “Holiday Inn Baku Hotel”də “Qarabağ: əcdadlarımızın mirası” sənədli filminin təqdimat mərasimi olacaq.
 Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun Modern.az-a verdiyi məlumata görə, film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
 Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alimlər Nazim Mustafa və Ramin Əlizadə, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir. Tədbirdə həmçinin, “Cəbrayıl - virtual səyahət” 3D qrafik təsvirli filmin də təqdimatı olacaq.
 


Story Code: 768284

News Link :
https://www.islamtimes.org/az/news/768284/qarabağla-bağlı-2-filmin-təqdimatı-olacaq

Islam Times
  https://www.islamtimes.org