0
Tuesday 5 March 2019 - 19:06

ABŞ-ın 10 il qabaq sıradan çıxarılmış qırıcıları Suriyanı bombalayıb

Story Code : 781540
ABŞ-ın 10 il qabaq sıradan çıxarılmış qırıcıları Suriyanı bombalayıb
"Deyerler.org"un "lenta.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda Hollandiyanın "Scramble" jurnalı xəbər verir. Mənbə müxbirlərinin sözlərinə görə, onlar bu məlumatı iki il bundan öncə əldə etmişdir. Məlumata əsasən, bu təyyarələrə ehtiyac duyulduğuna görə, onlardan dördü Yaxın Şərq bölgəsinə göndərilmişdir. Onların Suriya və İraq ərazilərində az diametrli bombalarla uçması qeyd olunur. Təyyarələr, 2017-ci ilin dekabr ayında ABŞ-ın Nevada ştatında yerləşən bazanın üzərində müşahidə olunmuşdur.
 
Bu təyyarələrin ilk uçuşu 1981-ci ildə baş vermişdir. Bu tip təyyarələrin cəmi 64 sayda buraxılması qeyd olunur.
 
Source : Deyerler
Tagged
Suriya
Comment