Qəzzə Zolağının şərqində nümayiş zamanı İsrail hərbçiləri tərəfindən odlu silahla vurulmuş Musa Məhəmməd Musa şəhadətə çatıb. 24 yaşlı fələstinli Qayıdış Yürüşü zamanı ağır yaralanıb. Bu son 24 saat ərzində ikinci şəhiddir. Fələstin xalqı işğalçı sionist rejimin vəhşilikləri qarşısında müqavimətini gücləndirir. Təbii ki işğala son qoyulana qədər sülh danışıqları reallaşmayacaq. Həmas bu yürüşlərin davam etdiriləcəyini bildirib.
İslamtimes - Sionist rejim İordan çayının qərb sahilinin bir hissəsini işğal altındakı ərazilərə ilhaq etmək məqsədilə Əl-Xəlil şəhərindəki küçələrin adını dəyişdirməyə başlayıb.