0
Tuesday 1 October 2019 - 16:56

Əl-Əxbar: Ərəbistan ABŞ-a İranda çevriliş təklif edib

Story Code : 819476
Əl-Əxbar: Ərəbistan ABŞ-a İranda çevriliş təklif edib
Livanın Əl-Əxbar qəzeti Riyazın Vaşinqtona İranda çevriliş təklif etməsi və iki ölkə arasında strateji əməkdaşlıq razılaşması imzalandığını xəbər verir. Razılaşmada nəzərdə tutulub ki, 3 il ərzində İranda böhran yaratmaqla İslam Respublikası devrilsin. Amma tanker qalmaqalı, Aramko hadisəsi Bin Salmanın Amerikaya olan bütün ümidlərini qırıb. Qaynar ocağı İran ərazisinə keçirməkdən danışan Ərəbistan indi sülhdən, İranla müzakirələrdən danışır.
Vaşinqton-Riyaz razılaşmasına əsasən 6 istiqamətdə iş aparılmalı imiş:
-terrorla mübarizə
-rejionda İranın siyasətləri ilə mübarizə
-Fələstinlə İsrail arasında sülh yaradılması
-Regiondakı problemlərin müştərək həll yollarının tapılması
-hərbi əməkdaşlığın genişləndrilməsi
-enerji sahəsində əməkdaşlıq, investisiya yatırımı
 
Source : IslamTimes
Tagged
riyaz
Related Stories