0
Saturday 5 October 2019 - 13:31

İsrail rejimi Qəzzada etirazçılara atəş açıb bir nəfəri şəhid etdi

Story Code : 820464
İsrail rejimi Qəzzada etirazçılara atəş açıb bir nəfəri şəhid etdi

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi Qəzzanın şimalında yerləşən Cibaliya diyarının şərqində İsrail rejiminin qüvvələrinin nümayişçilərə həqiqi güllələrlə atəş açdığını və 28 yaşlı Ala Nizar Həmdanın şəhid olduğunu açıqlayıb.
 
Nazirlik, həmçinin təcili yardım qruplarının 22 nəfər həqiqi gülləylə olmaqla, 54 yaralıya ilkin yardım edildiyini bildirib.
 
Blokadanı Yarmaq və Böyük Qayıdış Yürüşü Milli Ali Şurası Qəzza xalqını sərhədə yaxın bölgələrdə keçiriləcək aksiyalara ciddi bir şəkildə iştirak etməyə dəvət edib.
 
 
Qəzza xalqı 30 mart 2018-ci ildən etibarən Blokadanı Yarmaq və Böyük Qayıdış Yürüşü aksiyaları çərçivəsində Qəzza sərhədində nümayişlərini davam etdirir.
 
Source : Deyerler
Tagged
fələstin
Comment