0
Thursday 14 November 2019 - 10:41

Azərbaycan İslam Partiyası təbrik bəyanatı yaydı

Story Code : 827286
Azərbaycan İslam Partiyası təbrik bəyanatı yaydı

Təbrik bəyanatında deyilir:
 
“İslam dünyası, müsəlman aləmi üçün ən əziz bayramlardan biri, Allahın bəşəriyyətə rəhməti olaraq göndərdiyi peyğəmbərlərin sonuncusu, yaradılanların ən üstünü və şərəflisi, ən kamil din olan İslam dinini insanlara çatdıran Həzrət Məhəmməd Mustafanın (s.ə) və Onun Əhli-Beytindən olan 6-cı imamımız İmam Cəfər Sadiqin (ə.s) mübarək mövlud bayramı münasibətilə İmam Zaman (ə.f) başda olmaqla xalqımızı və bütün dünya müsəlmanlarını təbrik edirirk.
 
Bu unudulmaz bayram ötən əsrin sonlarında İslam tarixinə həm də “Vəhdət həftəsi” bayramı kimi daxil olmağa başlamışdır. Rəbiuləvvəl ayının 12-si, əhli-sünnə qardaşlarımıza görə, Əziz İslam Peyğəmbəri Həzrət Muhəmməd (s.ə)-in mövludu günüdür. Digər bir fakt isə həmin tarixin rəbiuləvvəl ayının 17-nə təsadüf etməsinə görə mövlud bayramı da məhz həmin gündə qeyd edilir. Sanki İlahi təqdiratdan irəli gələn bu məqamı İslamın və bütün müsəlmanların maraq və mənafelərinə uyğunlaşdıraraq böyük İslam alimi, İran İslam İnqilabının dahi rəhbəri, uzaqgörən və bəsirət əhli İmam Xomeyni (r.ə) bu unudulmaz tarixi günlərin fərqini “Vəhdət həftəsi” kimi dəyərləndirmiş, bu əziz günləri böyük birliyin, İslam həmrəyliyinin siyasi simvoluna çevirmişdir .
 
İslam Partiyası olaraq bu müqəddəs tarixi günlər və bütövlükdə “Vəhdət həftəsi” ildönümü münasibətilə də dünyanın bütün tərəqqipərvər müsəlmanlarını səmimi qəlbdən bir daha təbrik edirik. Uca Allahdan hər kəsə iman kamilliyi, ləyaqətli bəndəçilik məqamını nəsib etməsini diləyirik.
 
Əziz Peyğəmbərimiz (s.ə)-in, İslam tarixində elm xəzinəsi, ən mürəkkəb müşküllərin cavabını Özündə, iradəsində ehtiva edən İmam Cəfər Sadiqin (ə.s) mövludunun ildönümü gününü anmaq, qeyd etmək toplum və ya fərd olaraq bütün müsəlmanların üzərində böyük məsuliyyət yaradır. Vəhdət carçıları olan dahi İslam alim və ustadları bu dəyərli insani keyfiyyələri cəmiyyətlərə aşılamağı, onları bilrliyə, həmrəyliyə çağırışları özlərinə müqəddəs vəzifə hesab etmişlər. Onlar yaxşı başa düşmüşlər ki, müsəlmanlar arasında fitnə salanların cavabını yalnız İslam, müsəlman vəhdəti yaratmaqla vermək olar.
Hazırkı dünyamızda məhz müsəlman birlikləri, toplumları və bütövlükdə xalqları arasında çaxnaşma, parçalanma yaratmaq və yaymaq üçün fürsət axtaran və bundan özlərinin imperiya, istismar maraqlarını təmin etməkdən ötrü istifadə edən qütblər, güc sahibləri qüvvələrini səfərbər edir, müxtəlif birliklər yaradır və hətta bəzi müsəlman ölkə və rəhbərlərini belə təxribatlara cəlb etmək istəyirlər. Onlar şər qüvvələr olaraq müsəlman dövlətlərini özlərinin silah bazarlarına çevirir, həmin xalqlara müharibə senariləri ixrac edirlər. Bəşəri cinayətlərdə günahlandırılan insan qatilləri daha da irəli gedərək sülh, barışıq, vəhdət, qardaşlıq, bərabərlik dini olan müqəddəs İslam dinini terrorla eyniləşdirməyə çalışır, dinimizi cəmiyyətlərinə qorxunc bir kabus kimi təqdim edirlər. Məqsədləri insanları İslam dininə sevgi və məhəbbətdən, sonsuz rəğbətdən çəkindirməkdir. Allahın təqdiri və hikməti isə onların bu fürsətini boşa çıxarır.

İnanırıq ki, şər qüvvələr Allaha inamı, Qurani Kərimə məhəbbəti, Peyğəmbər (s.ə) və onun Əhli-beytinə (ə.s) sevgisini insanların qəlbindən silə bilməyəcəklər. Bu gün müsəlman dünyası böyük və çətin imtahan qarşısındadır. Vəhdət ümmətə həmişəkindən daha çox lazımdır. Əfqanıstana, Fələstinə, Suriyaya, İraqa, Bəhreyn və Yəmənə, bütövlükdə bütün ərəb dünyasına vəhdət zərurətdən doğan bir tələbdir. İşğalçı siniflərə və ölkələrə qalib gəlməyin, həmçinin Azərbaycan torpaqlarını İşğalçı Ermənistanın hərbi birləşmələrindən azad etməyin yeganə yolu xalqımızın və bütün müsəlman xalqlarının birliyi, həmrəyliyi və vəhdətidir.
 
Azərbaycan İslam Partiyası bir daha müsəlman, mömin qardaş və bacılarımızı İslam Peyğəmbəri (s.ə)-in və İmam Sadiq (ə.s)-ın mövlud tarixinin ildönümü, böyük siyasi, sosial, mənəvi dəyərə malik və bu mühüm amillərin simvolik məzmununu daşıyan “Vəhdət həftəsi”nin başlanması münasibətilə təbrik edir, bütün dünya müsəlmanlarını insanlığa acı fəryad yaşadan işğalçı və istismarçı rejimlərə, ədalətsiz, zülmkar hakimlərə qarşı birliyə, həmrəyliyə, vəhdətə çağırır”.

Hacı İlham Əliyev,
Azərbaycan İslam Partiyasının sədr əvəzi
 
Source : islaminsesi.info
Comment