0
Saturday 23 November 2019 - 16:45

Səudiyyə rejiminin blokadasına görə 71 min yəmənli xəstə həyatını itirib

Story Code : 828640
Səudiyyə rejiminin blokadasına görə 71 min yəmənli xəstə həyatını itirib
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, nazirlik bəyanatında, Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın Yəmən torpaqlarına hücuma başladığı ilk gündən etibarən ən azı 43 min yəmənli xəstənin müalicə üçün xaricə çıxa bilmədikləri üçün həyatını itirdiyini qeyd edib.
 
Nazirlik, həmçinin 28 min xərçəng xəstəsinin də blokada və lazımlı dərman və digər tibbi təchizatın Yəmənə verilməməsi səbəbindən həyatını itirdiyini bildirib.
 
Səudiyyə rejimi Yəməni 2015-ci ilin mart ayından etibarən qurudan, havadan və dənizdən blokadada saxlayır.
 
BMT baş katibinin müavini Mark Loukuk da Yəmənin tarixin ən qorxunc humanitar faciəsi ilə üzləşdiyini deyib.
 
Source : Deyerler
Tagged
səudiyə
Comment