0
Saturday 23 November 2019 - 16:48

Fələstinli uşaqlar İsrail rejiminin cinayətlərinin qurbanıdır

Story Code : 828642
Fələstinli uşaqlar İsrail rejiminin cinayətlərinin qurbanıdır

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, sionist rejimin "körpə qatilləri", fələstinlilərə qarşı hər hansı bir cinayət etməkdən çəkinmir.
 
Fələstinli uşaqlar həmçinin İsrail sionist rejiminin mütəşəkkil cinayətlərindən qorunmur. Fələstinli uşaqlar nəinki valideynlərinin şəhid olmasına və xəsarət aldıqlarına şahid olurlar, özləri də sionist rejimin cinayətlərinin qurbanlarına çevrilir. Qətlə yetirmək, yaralamaq, həbs etmək, döymək, hərbi məhkəmələrdə mühakimə, təhdid və təzyiq etmək İsrail sionist rejiminin hərbçiləri tərəfindən fələstinli uşaqlara qarşı törədilən gündəlik cinayətlərdir. 2000-ci ildən ikinci “intifada”nın başlanmasından bu günə qədər, İsrail cinayətkar rejiminin hərbçiləri tərəfindən 2000-dən çox fələstinli uşaq öldürülmüşdür. Yalnız sionist rejiminin əskərlərinin açdığı atəş nəticəsində 2018-ci ildə 50 fələstinli və 2019-cu ilin ilk altı ayında 16 uşaq qətlə yetirilmişdir. 2018-ci ilin mart ayında başlayan "qayıtmaq hüququ" dinc etirazlarda ən az 46 uşaq şəhid olmuşdur. Sionist rejimin fələstinli uşaqlara qarşı ən acı cinayətlərindən biri, 2000-ci ilin 1 oktyabrında İsrail rejiminin əsgərləri tərəfindən odlu silahla vurularaq öldürülən Məhəmməd əl-Duranın ölümüdür. Atasının kürəyi arxasında gizlənən fələstinli yeniyetmə, sionist rejiminin atdığı gülləsindən şəhid edilmişdir, atası isə yaralanmışdır. Hadisə yerindən fotolar və video görüntülər müxtəlif sosial şəbəkələrdə yayılmışdır. İsrail sionist rejiminin bu cinayəti Məhəmməd əl-Duranı müqavimətin simvoluna çevirmiş, bu tarix isə günahsız fələstinli uşaqlar günü kimi elan edilmişdir. Fələstinli uşaqların yaralanması İsrail sionist rejiminin törətdikləri digər bir cinayətdir.
 
Fələstinli məhbusların işlərinin təhlili və sənədləşdirilməsi üzrə təşkilat, sionist rejiminin 1967-ci ildən bu yana 50 mindən çox fələstinli uşağı həbs etdiyini bildirmişdir.
 
Bu günə qədər, 2019-cu ilin ilk altı ayında 1323 fələstinli uşaq, İsrail rejiminin hərbçiləri tərəfindən yaralanmışdır. Məlumata görə, "qayıtmaq hüququ" dinc etiraz aksiyalarında 2000-dən çox fələstinli uşaq yaralanıb. Fələstinli uşaqların hərbi məhkəmələrdə həbsi və mühakimə olunması sionist rejimin uşaqlara qarşı qəddar münasibətinin daha bir təzahürüdür. Sionist rejimin fələstinli uşaqlara qarşı etdiklərini təkcə zorakı davranış adlandırmaq olmaz, bu eyni zamanda, Beynəlxalq cəmiyyətin səssizliyin kölgəsi altında və əsasəndə Tramp adminstrasiyası dövründə ABŞ-ın bir başa dəstəyi ilə insan haqları sahəsində törədilən cinayətdir.
 
Source : Deyerler
Tagged
fələstin
Comment