1
Sunday 1 December 2019 - 20:12

Mərakeş xalqı işğalçı İsraillə əlaqələrin adiləşdirilməsinə qarşı

Story Code : 830152
Mərakeş xalqı işğalçı İsraillə əlaqələrin adiləşdirilməsinə qarşı
"İslamTimes" xəbər verir ki, Mərakeşin İnsan Haqları Cəmiyyəti və bir neçə digər təşkilat Fələstin xalqı ilə Beynəlxalq həmrəylik günü münasibəti ilə tələb irəli sürüblər. Bu tələbdə sionist rejimlə əlaqələrin adiləşdirilməsinin cinayət olaraq tanınması istənilir.
Mərakeşdəki insan haqları cəmiyyəti, demokratik və sosial partiyalar, həmkarlar ittifaqı, hüquq təşkilatları və Fələstini himayə edən digər qrumlar sionistlərlə əlaqələrin normallaşdırılmasına qarşı çıxaraq dövlətdən Fələstini dəstəkləməyi tələb ediblər.
Qeyd edək ki, bu addıma Mərakeş dövlətinin sionist rejimlə gizli əlaqələrinin üzə çıxması səbəb olub. Hüquq müdafiəçisi Ənis Fəric bildirib ki, Mərakeşlə sionist rejim arasında ticarət dövriyyəsi 51 milyon dollara çatıb.
Source : IslamTimes
Tagged
fələstin
Related Stories