0
Tuesday 3 December 2019 - 10:06

Yəməndə Səudiyyə qüvvələrinə bağlı yüksək rütbəli komandir öldürüldü

Story Code : 830455
Yəməndə Səudiyyə qüvvələrinə bağlı yüksək rütbəli komandir öldürüldü
İstefa vermiş prezident Mənsur Hadinin yüksək rütbəli generallarından olan Adnan Əl-Həmadi Təiz şəhərində qətlə yetirilib. Təiz şəhərinin bir hissəsi Səudiyyə Ərəbistanına bağlı qüvvələrin nəzarəti altındadır.
Adnan Əl-Həmadi elə bir zamanda qətlə yetirildi ki, Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Mənsur Hadi BƏƏ-nin dəstəklədiyi Cənubi Yəmən Keçid Şurası ilə Ortaq bir hökumət qurulması ilə bağlı yenicə razılığa gəlmişdi.
Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndə istefa vermiş prezidenti geri qaytarmaq bəhanəsi ilə bir neçə qruplaşma yaradaraq Yəmənə hücumlar təşkil edir. Bu iki ölkə Yəmənə müdaxilədən 4 il ötməsinə baxmayaraq hələ də heç bir nailiyyət əldə edə bilməyiblər.
Source : IslamTimes