0
Thursday 5 December 2019 - 11:18

"İraqda müvəqqəti hökumət yaradılacaq"

Story Code : 830904
"İraqda müvəqqəti hökumət yaradılacaq"
"Milli Hikmət" hərəkatının lideri Əmmar Əl-Həkim, Bağdadda Fransa səfiri Bruno Aubert ilə görüşü zamanı deyib: "İraqda müvəqqəti hökumət qurulacaq. Bu hökumətin vəzifəsi erkən parlament seçkiləri üçün münasib şərtləri təmin etməkdir."
Əmmar Əl-Həkimin rəsmi Twitter səhifəsində bu  görüş haqda xəbər verilərək belə yazılıb: İraqdakı siyasi partiyalar çalışır ki, ən tez bir zamanda həm xalqın inandığı, həm də layiqli baş nazir təyin edilsin.
Əmmar Əl-Həkimin Fransa səfiri ilə görüşündə BMT-nin İraqdakı etiraz aksiyaları ilə bağlı hesabatı, həmçinin Fransa ilə İraq münasibətləri müzakirə edilib. Fransa səfiri bildirib ki, rəsmi Paris İraqdakı dinc aksiyaları dəstəkləyir.
Source : IslamTimes
Tagged
İraq
Related Stories