1
Tuesday 14 January 2020 - 19:03

"İsrailin müdafiə sistemi İranın kruz raketlərini zərərsizləşdirmək gücündə deyil"

Story Code : 838451
"İsrailin müdafiə sistemi İranın kruz raketlərini zərərsizləşdirmək gücündə deyil"
"Ray al-yovm" informasiya agentliyi sionist dairələrdən əldə etdiyi məlumatı yayımlayıb. Sayt yazıb ki, işğalçı sionist rejim məsulları gələcəkdə İranla ehtimal olunan istənilən müharibədə İsrailin müdafiə sisteminin İranın kruz raketlərinin önünü ala biləcək gücü yoxdur. İran ölkə daxilindən, Suriya və Livandan bu raketlərlə İsraili hədəf almağa qadirdir. Ehtimal olunan bu hücum İsraili viran qoya bilər.
İsrailin ehtiyatda olan generalı Umer Denk deyib: "Sionist rejimin Suriyadakı İran qüvvələrini oradan uzaqlaşdırmaq gücü yoxdur. İsrail İranın məntəqədəki fəaliyyətlərini də məhdudlaşdıra bilmir. Bundan əlavə Hizbullahın raket hücumları ilə bağlı təhdidləri də bu gün hər zamankından daha realdır..."
Ərəb dilli KİV yazıb: "İsrail ali rütbəli məqamları açıq şəkildə bildirib ki, İranın yeni texnologiya ilə hazırlanmış raketlərini zərərsizləşdirmək İsrail müdafiə sisteminin gücündə deyil. İran hücum edərsə İsraildə dəhşətli dağınıtılar yarana bilər. İsrail üçün qorxunc olay budur ki, hücum baş verərsə, bu ölkəyə gün ərzində 100 min raket atıla bilər."
Source : IslamTimes
Related Stories