0
Sunday 19 January 2020 - 22:13

İran XİN-in rəsmisi Makrona 3 dildə cavab verdi

Story Code : 839479
İran XİN-in rəsmisi Makrona 3 dildə cavab verdi
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi Fransa Prezidenti Emmanuel Makronun tvitinə cavab olaraq yazıb.
O, fransız, ingilis və fars dillərində Makrona bu sözləri ünvanlayıb:
“Sizin körfəzdəki hərbi mövcudluğunuz istifadə etdiyiniz ad kimi səhvdir. Hər iki səhv ciddidir, lakin düzəldilə bilər”.
Xatırladaq ki, yanvarın 17-də Fransa Prezidenti Emmanuel Makron daha əvvəlki tvitlərinin birində Fars körfəzini (Persian Gulf) “Ərəb-Fars körfəzi” adlandırmışdı.
Related Stories