0
Wednesday 22 January 2020 - 08:08

Çində yeni növ koronavirusa yoluxma nəticəsində ölənlərin sayı artıb

Story Code : 839947
Çində yeni növ koronavirusa yoluxma nəticəsində ölənlərin sayı artıb
APA xəbər verir ki, bu barədə çərşənbə günü keçirilən brifinqdə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi rəhbərinin müavini Li Bin bildirib.
“Ölənlərin sayı daha üç nəfər artaraq doqquz nəfərə çatdı. Müəyyən edilmiş yoluxmuşların sayı 440 nəfərə çatdı. Hazırda aktiv profilaktik tədbirlər görürük”, - Li Bin belə deyib.
Buna qədər ÇXR-də yeni növ koronavirus xəstələrinin sayının ölkənin 14 bölgəsi üzrə 324 nəfərə çatdığı, 6 nəfərin öldüyü bildirilirdi.
Related Stories