0
Saturday 8 February 2020 - 16:29

Sepah ABŞ-ın MQ-4 PUA-sının kod və ferekanslarını ələ keçirdiyini bildirib

Story Code : 843421
Sepah ABŞ-ın MQ-4 PUA-sının kod və ferekanslarını ələ keçirdiyini bildirib

Tasnim xəbər verir ki, bunu Sepah-ın Hava Qüvvələrinin komandanı Sərdar Hacızadə ötən il vurulan ABŞ PUA-sının qalıqlarının nümayişi zamanı deyib.
 
O bildirib ki, iranlı mütəxəssislər yüksək texnologiyalara malik olan pilotsuz təyyarənin kod və ferekanslarını ələ keçiriblər.
İranlı general eyni zamanda bildirib ki, ötən ay ABŞ-ın İraqdakı bazasının hədəfə alınması ilə bağlı yeni detallar ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Sepah ötən aykı hücumda da bölgədə uçan ABŞ pilotsuz təyyarələrinin rabitə sisteminə müdaxilə etdiyini bildirmişdi.
Xatırladaq ki, İran ötən ilin iyununda ABŞ-a məxsus dünyanın ən böyük "MQ-4C" tipli pilotsuz kəşfiyyat təyyarəsini ölkənin cənub sularında vuraraq salmışdı.
 
Source : Salamnews
Tagged
Iran
Comment