0
Tuesday 25 February 2020 - 21:16

"Bu gün əsas məsələ Trampın yenidən prezident seçilməməsidir"

Story Code : 846754
"Bu gün əsas məsələ Trampın yenidən prezident seçilməməsidir"
Belin Film Festivalında iştirak edən ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton bildirib ki, Berni Sanders partiya daxili rəqabətdə qalib gələrsə, 2020-ci il ABŞ prezident seçkilərində onu dəstəkləyəcək.

2016-cı il prezident seçkilərində Demokrat Partiyasının partiyadaxili seçkilərində Sandersə qalib gələn Hillari Klinton bildirib ki, onun üçün bu gün əsas hədəf Donald Trampın yenidən prezident seçilməməsidir. 

Xanım Klinton əlavə edib: "Partiyadan kimin namizəd olaraq seçiləcəyini gözləməliyik. Kim seçilsə mən həmin namizədi dəstəkləyəcəyəm. Gərək hazırkı prezident Donlad Trampın təqaüdə çıxması üçün əlimizdən gələni edək."

Qeyd edək ki, ABŞ-da keçirilən sorğulardan sonra Vermontdan olan 78 yaşlı senator Berni Sandersin Donald Trampla mübarizə üçün ən yaxşı seçim olduğu bildirilir.
Source : IslamTimes
Related Stories