0
Friday 6 March 2020 - 17:01

Səadət Partiyasının sədri: Sionizm Türkiyə və İranı müharibəyə çəkmək istəyir

Story Code : 848763
Səadət Partiyasının sədri: Sionizm Türkiyə və İranı müharibəyə çəkmək istəyir

İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, Səadət Partiyasının sədri Temel Karamollaoğlu bu haqda bu gün keçirdiyi mətbuat konfransında deyib.
Karamollaoğlu “Suriya problem sahədə qazanılacaq bir problem deyil. Amerika və Rusiya dab u müharibəyə daxil ola bilərlər, lakin bir-birilərilə müharibəyə girən deyillər. Biz sadəcə istifadə ediləcək olarıq, şəhidlərimiz olar. Şəhidlərlə bağlı bir-birimizlə çəkişirik. Bu hücumda və ümumiyyətlə şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Qəndil gecəsində aldığımız acı xəbərlərin sona çatmasını və bölgədə axan qanın durmasını istəyirik.”, -deyə bildirib.
Səadət Partiyasının sədri daha sonra deyib: “İndi şəhidlər təpəsi deyə bir polemika tez-tez gündəmə gətirilir. Biz əsgərlərimizi inşallah şəhid olsunlar deyəmi göndəririk, yoxsa qazi olsunlar deyəmi? Bizə qarşı oynanan oyunlara qarşı ancaq birlik və vəhdət içində dirənə biləril. Bu ölkə içində insanları fərqli düşündükləri üçün xain elan etməyə heç birimizin haqqı yoxdur. Bu ölkə hamımızındır.”
Temel Karamollaoğlu Suriya və İdlib hadisələrinə toxunaraq  “İllərdir bu məsələdə səsimizi duyurmağa, dərdimizi anlatmağa çalışırıq. Bu hadisələr bu günün məsələləri deyil, rəhmətlik Ərbakan hocamız bununla əlaqəli xəbərdarlqlarını illər öncə demişdi. Bu gün Ərdoğan daxil hər kəsin ağzında Ərbakan hocamızın illər əvvəl dediyi “Suriyadan sonra hədəf Türkiyədir.”- sözü var. Ərbakan hocamızın sözlərini deyirlər, amma hocamızı tam olaraq başa düşmürlər. Bu söz AKP iqtidarının dəstək verdiyi İraq ilə başlayan işğallarının Suriyaya, daha sonra Türkiyə və İrana geçəcəyinin xəbərdarlığı idi. Nəticədə İraq və Suriya xarabalığa çevrildi. Bu gün Türkiyəni hədəf nöqtəsinə gətirən ana ünsür izlənən yanlış siyasətdir. Böyük Yaxın Şərq Layihəsi (BOP) ilə başladılan prosesin könüllü ortağı olan bu iqtidar, coğrafiyamızın xarabaya çevriləcək prosesində aktyor olmuşdur. Təkrar edirəm BOP-u anlamaq bü gün yaşanan hadisələri anlamaq olacaqdır. Bu projeyi anlamadan heç kəs Türkiyənin necə hədəf halına gəldiyini anlaya bilməz. Bu məsələ Sionizmin Türkiyəni İran ilə müharibəyə çəkmək, qarşı-qarşıya gətirmək istəməsidir. Biz yarım əsrdir coğrafiyamızda kirli əməlləri olanların bu planlarına diqqət çəkirik. Şairin dediyi kimi “Biz bağıracağız, biriləri heç duymayacaq. Eyni hekayə, duyanlara salam olsun.”, deyə qeyd edib.
Partiya lideri bölgədə ağıllı danışıqlarla, İdlib bölgəsi də daxil problemlərin həll yolunun müzakirələr olduğunu qeyd edib.
 
Source : islamazeri
Tagged
saadat
Comment