0
Thursday 26 March 2020 - 00:18

Türkiyədə koronavirusdan ölənlərin sayı 59-a çatıb

Story Code : 852645
Türkiyədə koronavirusdan ölənlərin sayı 59-a çatıb
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son gün ərzində 15 koronaviruslu xəstə ölüb və 5035 şübhəli koronavirus testindən keçib, onlardan 561-nin cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 2433-ə çatıb.