0
Saturday 4 April 2020 - 02:26

Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv etdi

Story Code : 854520
Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv etdi
Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

O bildirib ki, tibb ləvazimatlarına böyük tələbat yarandığı üçün qiymətlər qəbulolunan səviyyədə qalmalıdır: "Xəstəxanalar, həkimlər, tibb işçiləri bu ləvazimatlara böyük ehtiyac duyur. Qiymətlərin eyni səviyyədə qalmasını təmin etmək üçün biz koronavirus böhranı müddətində Avropa İttifaqına tibb ləvazimatlarının idxalına görə vergi və rüsum almayacağıq. Biz tibb işçilərini dəstəkləmək üçün əlimizdən gələni edirik".