0
Saturday 4 April 2020 - 14:39

Səudiyyə rejimi bulanıq suda ovla məşğuldur

Story Code : 854610
Səudiyyə rejimi bulanıq suda ovla məşğuldur
Əl-Cəzirə kanalının verdiyi məlumata əsasən, Twitter sosial şəbəkəsində Səudiyyə rejiminin qanunsuz əməllərinin ifşası ilə tanınan "Düşüncə məhbusları" səhifəsi Ali-Səud rejiminin ölkədə yeni həbslərə start verdiyini yazıb. Səhifədə bildirilir ki, yeni həbs dalğasından sonra 9 hüquq müdafiəçisi saxlanılıb.

Həbs olunanların ad və soyadlarının yaxın zamanlarda mətbuatda yayımlanacağı bildirilir.

Əl-Cəzirə kanalı bildirir ki, "31 mart düşüncə məhbusları" Ali-Səud rejiminin koronavirus böhranından sui-istifadə etdiyinə inanır. Belə ki, rejim bütün dünyanın başının koronavirusla mübarizəyə qarışdığını görərək ölkədə kobud hüquq pozuntularına yol verir. Səudiyyə rəhbərliyinin KİV nümayəndələrinin həbsi ilə bağlı qərarları bu ölkədəki söz azadlığının hansı səviyyədə olmasını nümayiş etdirir.
Related Stories