0
Tuesday 7 April 2020 - 08:52

Tramp ABŞ-ın neft hasilatını azalda biləcəyini istisna etməyib

Story Code : 855143
Tramp ABŞ-ın neft hasilatını azalda biləcəyini istisna etməyib
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp mətbuat konfransında OPEK+ üzvlərinin Vaşinqtona bununla bağlı sorğu göndərəcəyi təqdirdə ABŞ-ın istehsalı azaldıb-azaltmayacağına dair sualı cavablandırarkən belə deyib.

“Bu, verməli olduğumuz bir qərardır. Belə bir qərarı verə də bilərik, verməyə də bilərik”, - deyə bildirib.

Eyni zamanda, Ağ Ev rəhbəri qeyd edib ki, indiyə qədər ona belə bir sorğu ilə müraciət olunmayıb və hazırda bazarda tələb olmadığından, o bunun avtomatik olaraq baş verəcəyinə inanır.