0
Thursday 9 April 2020 - 13:13

ABŞ Səudiyyə rejimini hədələdi

Story Code : 855610
ABŞ Səudiyyə rejimini hədələdi
Axar.az xəbər verir ki, məktubda onlar şahzadəni neft qiymətlərini stabilləşdirmək üçün addımlar atmağa səsləyiblər. Konqresmenlər şahzadənin addımlar atmayacağı təqdirdə Səudiyyə Ərəbistanına qarşı tədbirlər görüləcəyini bildiriblər:

“Vaşinqton və Ər-Riyad bir çox sferada strateji tərəfdaşdır. Biz bütün dünyanın güclənən iqtisadi böhranla bacarmaq cəhdləri göstərdiyi dövrdə Krallığın qlobal neft bazarlarındakı situasiyanı süni şəkildə şişirtmək fəaliyyətindən narahatıq. Əgər bu böhranı ortadan qaldıra bilməsək, iqtisadi və hərbi tərəfdaşlıq sferasında ölkələrimizin birgə cəhdləri məhv olacaq. Əgər Krallıq bu süni enerji böhranını dayandırmaq üçün ədalətli addımlar atmasa, biz ABŞ hakimiyyətinin istənilən cavab addımını dəstəkləyəcəyik”.
Related Stories