0
Wednesday 15 April 2020 - 18:07

Rusiya ABŞ-ı tənqid etdi

Story Code : 856915
Rusiya ABŞ-ı tənqid etdi
"Sputnik" agentliyinin verdiyi məlumata əsasən, Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ prezidentinin Ümumdünya Səhiyyə Təşkilatına yardımın dayandırılması ilə bağlı qərarı haqda danışıb. Peskov bildirib ki, koronavirusun yayılmasını önləmək zəminindəki fəaliyyətlərinə görə G20 ölkələri onlayn görüş zamanı ÜST-ü təqdir edib. 

Dmitri Peskov Ağ Evin Ümumdünya Səhiyyə Təşkilatına qarşı təzyiqlərinə cavab olaraq G20 liderlərinin razılaşdırılmış bəyanatını yada salıb və deyib: "G20 ölkələri "Covid-19" adlı bəyanatda bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı və G20 ölkələri pandemiyanı məğlub etmək üçün bütün vasitələrdən istifadə edəcək!"

ABŞ da G20 ölkələrindən biridir. Peskovun da qeyd etdiyi kimi rəsmi Vaşinqton daha öncə ÜST-ün fəaliyyətlərinin təqdirəlayiq olduğunu bildirmişdi.

Rusiya prezidenti Vladimir Putin də Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətlərini dəstəklədiyini bildirib.

Öncə də xəbər verdiyimiz kimi ABŞ prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatına yardımın dayandırılması barədə qərar qəbul edib.

Almaniyanın xarici işlər naziri Hayko Maas Trampın Ümumdünya Səhiyyə Təşkilatına yardımı dayandırımasını tənqid edib və Trampı ÜST-ü ittiham etmək əvəzinə koronavirusla mübarizədə birlik və həmrəyliyə kömək etməyə çağırıb.
Source : IslamTimes
Related Stories