0
Monday 20 April 2020 - 09:46

Kanadada silahlı insident nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb

Story Code : 857766
Kanadada silahlı insident nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb
APA-nın RİA Novostiyə-yə istinadən verdiyi məlumata görə, bu barədə CBC NEWS məlumat yayıb.

Milli polis komissarı Brend Lakinin sözlərinə görə, asayiş keşikçiləri cinayətkar tərəfindən odlu silahla 16 nəfərin öldürüldüyünü müəyyən ediblər.

O əlavə edib ki, hadisə hələ də terrorla əlaqəli hesab olunmur.

Qeyd edək ki, bundan əvvəl polis əyalətin müxtəlif yerlərində 13 nəfərin öldüyünü bildirmişdi. Hüquq-mühafizə orqanları ölənlərin sayının arta biləcəyini istisna etməmişdi.

Cinayətkarın tutulması istiqamətində əməliyyat 12 saat davam edib. Tərəflər arasında atışmada polis də ölüb. Atışma zamanı cinayətkarın da öldürüldüyü bildirilib.
Related Stories