0
Monday 27 April 2020 - 15:15

İranda ilk dəfə koronavirusa gündəlik yoluxma sayı 1000-dən aşağı endi

Story Code : 859296
İranda ilk dəfə koronavirusa gündəlik yoluxma sayı 1000-dən aşağı endi
İran Səhiyyə Nazirliyinin son açıqlamasına əsasən, 24 saat ərzində İranda cəmi 991 nəfər Covid-19 virusuna yoluxıb. Bu rəqəm ötən gün, 26 aprel tarixində 1153 nəfər olub. Gün ərzində bu virus səbəbindən ölənlərin sayı 96 nəfər təşkil edib. 

İranda mart ayının 6-dan etibarən gündəlik yoluxma sayı 1000 rəqəmini aşıb və 31 mart tarixinədək bu rəqəm hər gün daha da artıb. 30 martda rekord həddə, gün ərzində 3186 yeni yoluxma qeydə alınıb. Amma 31 martdan etibaran bu rəqəm hər gün azalır. Bu gün qeydə alınan 991 yeni yoluxma İslam Respublikası üçün böyük nailiyyətdir.

Bu günədək İranda 91472 nəfər virusa yoluxsa da, onlardan 70933 nəfəri müalicə edilərək xəstəxanadan evə buraxılıb. 5806 nəfər həlak olub və hazırda İranda cəmi 14733 aktiv virus daşıyıcısı var. Virusdan sağalmalar bu sürətlə davam edərsə yaxın zamanlarda İslam Respublikasının bu virusdan təmizlənəcəyi güman edilir. 

Öncə də xəbər verdiyimiz kimi İranda bütün dünyadan fərqli olaraq, sərt karantin rejimi tətbiq edilmədən virusla mübarizədə ciddi nəticə əldə edilib.
Source : IslamTimes
Related Stories