0
Wednesday 29 April 2020 - 17:35

ABŞ-da sutka ərzində 24 385 nəfər koronavirusa yoluxub, 2096 nəfər ölüb

Story Code : 859731
ABŞ-da sutka ərzində 24 385 nəfər koronavirusa yoluxub, 2096 nəfər ölüb
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Federal və yerli hakimiyyətlərin məlumatları əsasında hesablama aparan Cons Hopkins Universiteti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, son 24 saat ərzində ölkədə 2 096 nəfər koronavirusun qurbanı olub.

Bir gün əvvəl isə ölənlərin sayı 1 778 nəfər, yoluxanların sayı isə 22 412 nəfər olmuşdu.

ABŞ-da ümumilikdə 1 012 583 nəfərə COVİD-19 diaqnozu qoyulub, 58 mindən artıq insan vəfat edib.

 
Related Stories