0
Wednesday 6 May 2020 - 01:40

Kuba xarici işlər naziri: Trampın sanksiyaları cinayətdir!

Story Code : 860939
Kuba xarici işlər naziri: Trampın sanksiyaları cinayətdir!
"Prensa Latina" informasiya agentliyinin verdiyi xəbərə əsasən, Kuba xarici işlər naziri Bruno Rodriqez bazar ertəsi günü yazdığı tvitdə Vaşinqtonun Kubaya qarşı sanksiyalara son qoymasını tələb edib.

XİN rəsmisi sanksiyaların qeyri-insani davranış, cinayət olduğuna işarə edərək bildirib ki, dünya ölkələrinin Covid-19 pandemiyası ilə mübarizə apardığı bir zamanda bu sanksiyaların insanlara vurduğu zərbə daha da şiddətli olur!"

Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) da video konfrans vasitəsi ilə baş tutan toplantısında bəyanat yayaraq ABŞ-ın dünya ölkələrinə, o cümlədən Kubaya qarşı hərəkətlərini sərt şəkildə tənqid edib və bu davranışları BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirib.

ABŞ insanlığa sığmayan bir addımla koronavirusla mübarizə üçün Kubaya maskalar və digər tibbi avadanlıqların göndərilməsinə mane olub. İsveçrədə tibbi təchizatlar istehsal edən firmalardan biri Kuba hökumətinə bildirib ki, ABŞ-ın sanksiyaları səbəbiylə Kubaya göndərilməsi nəzərdə tutulan bütün maskalar, dezinfeksiya məhlulları və s. geri qaytarılıb və ABŞ-ın icazəsi olmadan bu məhsulların göndərilməsi mümkün olmayacaq.
Source : IslamTimes