QR CodeQR Code

Ali-Səud rejimi Ramazan ayında belə qəddarlıqdan əl çəkmir!

IslamTimes , 8 May 2020 14:36

İslamTimes: Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri atəşkəs elan olunmasına məhəl qoymadan son bir həftə ərzində Yəmənin müxtəlif şəhərlərinə hücumlarını davam etdirib


Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri atəşkəs elan olunmasına məhəl qoymadan son bir həftə ərzində Yəmənin müxtəlif şəhərlərinə hücumlarını davam etdirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri deyib: "Səudiyyə koalisiyanın quru qoşunları Əl-Cəvf, Mərib, Əl-Bəyza və Əl-Zəle əyalətlərində irəliləməyə cəhd göstərərək 11-dən çox hücum həyata keçirib."

"Əl-Məsirə" şəbəkəsinin verdiyi məlumata görə, Səudiyyə koalisiyası bu həftə Səna, Sədə, Əl-Bayza, Mərib, Əl-Cəvf və Əl-Zale əyalətlərini 110 dəfə bombalayıb.

Yəhya Səri əlavə edib: "Səudiyyə koalisiyası 9 apreldən bu günə qədər 76-dan çox quru hücumu və 810-dan çox hava hücumu təşkil edib."

Bu hücumlar elə bir şəraitdə baş tutur ki, Səudiyyə koalisiyası Yəməndə iki həftəlik birtərəfli atəşkəs elan edib. Koalisiya 23 apreldə koronavirusla mübarizə və müqəddəs Ramazan ayının başlaması adı altında sözdə atəşkəsi bir ay uzadıb. Amma Ali Səud rejimi hələ də daha öncə olduğu kimi qəddar hücumlarını davam etdirir.


Story Code: 861449

News Link :
https://www.islamtimes.org/az/news/861449/ali-səud-rejimi-ramazan-ayında-belə-qəddarlıqdan-əl-çəkmir

Islam Times
  https://www.islamtimes.org