0
Thursday 21 May 2020 - 12:47

Trampdan Çinlə bağlı şok açıqlama - "Baydenin seçkiləri udacağı və..."

Story Code : 864030
Trampdan Çinlə bağlı şok açıqlama - "Baydenin seçkiləri udacağı və..."
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Çin Xarici İşlər Nazirliyinin sözçüsü Kao Licienin son açıqlamasına reaksiya göstərərkən deyib.

Çinin COVİD-19 virusunu ilkin mərhələdə dayandıra biləcəyini, amma bunu etmədiyini bildirən Tramp əlavə edib ki, Çin böyük dezinformasiya kampaniyası aparır:

“Çünki Con Baydenin prezident seçkilərini udacağı və mənə qədər 10 illərlə ABŞ-ı aldatmağa davam edəcəkləri məsələlərində ümidsizdirlər”.

Xatırladaq ki, Çin XİN-in sözçüsü Kao Licien Pekində keçirdiyi mətbuat konfransında elan edib ki, Trampın Ümumdüya Səhiyyə Təşkilatı ilə bağlı ittihamları əslində ictimaiyyəti səhv yola istiqamətləndirməyə, Çinin virusla mübarizəsini qaralamağa və ABŞ-ın pandemiya ilə keyfiyyətsiz mübarizə aparmasını ört-basdır etməyə çalışır.

Sözçü Kao daha sonra ABŞ-da bəzi siyasətçilərin başqalarını ittiham etməyə və məsuliyyətdən qaçmaq cəhdlərinə son verməyə, beynəlxalq icimaiyyətlə əməkdaşlığı gücləndirməyi və virusa birlikdə qalib gəlməyi tövsiyə etdiklərini xüsusilə qeyd edib.
Related Stories