0
Sunday 24 May 2020 - 00:32

Ali Dini Liderdən Ramazan bayramında əfv

Story Code : 864560
Ali Dini Liderdən Ramazan bayramında əfv
Ramazan bayramı münasibəti ilə İran Məhkəmə Sisteminin rəhbəri Höccətül-İslam əl-müslimin İbrahim Rəisi 3721 məhkumun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı Ali Dini Lider Ayətullah Xameneiyə məktub ünvanlayıb. Həzrət Ayətullah Xamenei bu təklifə müsbət cavab verərək 3721 məhkumun ailəsini və özlərini bayram günündə sevindirib.

Qeyd edək ki, bir neçə saat öncə Ayətullah Xameneinin ofisi 24 mayın Fitr bayramı olduğunu rəsmi olaraq elan edib.

İnqilab Rəhbəri son aylarda koronavirusun həbsxanalarda yayılmaması üçün müvəqqəti olaraq evlərinə buraxılan məhbusların da böyük bir hissəsinin daimi olaraq, əfv olunması barədə göstəriş verib.
Source : IslamTimes
Related Stories