0
Monday 25 May 2020 - 13:44

İranın ikinci yanacaq tankeri də Venesuelaya çatdı

Story Code : 864715
İranın ikinci yanacaq tankeri də Venesuelaya çatdı
Deyerler.org İSWNews-a istinadən xəbər verir ki, İranın "Forest" neft tankerinin Venesuela sularına daxil olduğu bildirilir.

Venesuelaya yanacaq daşıyan İranın "Fortune" neft tankeri isə 24 may ölkənin xüsusi iqtisadi zonasına çatmışdı.

Venesuelanın ərazi sularındakı "Fortune" adlı İran tankerinin ilk videosu yayılıb və tanker Venesuela hərbi gəmisi Yekuana po-13 tərəfindən müşayiət olunur. “Fortune” tankerinin artıq Puerto la Kruz limanında lövbər saldığı bildirilir.

ABŞ Venesuelaya yanacaq daşıyan İrana məxsus 5 yanacaq tankerinə təcavüz edəcəyini, İran isə kəskin cavab verəcəyini açıqlamışdı.

Ölkənin neft naziri Tarik El Aissami şəxsi Tvitter hesabından İrana təşəkkür etmişdi.

İran prezidenti Həsən Ruhani, ABŞ-ın Venesuelaya yanacaq daşıyan neft tankerlərinə mümkün müdaxiləsinin Vaşinqton üçün problem yaradacağını xəbərdar etdi.

İrana məxsus "Faxon", "Petunia" və "Clavel" 3 neft tankerinin də Atlantik okeanında Venesuelaya tərəf üzdüyü bildirilir.
Related Stories