0
Saturday 30 May 2020 - 10:21

ABŞ-ın 10-dan çox şəhərində nümayişlər keçirilir

Story Code : 865587
ABŞ-ın 10-dan çox şəhərində nümayişlər keçirilir
“Report”un məlumatına görə, üçüncü gündür davam nümayişlər nəticəsində Ağ Evə giriş müvəqqəti dayandırılıb.

Qeyd olunub ki, Atlantadakı nümayişçilər “CNN”nin qərargahının şüşələrini sındırıb və polisə boş şüşələr atıblar. Nümayişçilər hökumətin iğtişaşları dayandırmaq çağırışına məhəl qoymurlar. Atlantada ən azı yeddi nümayişçi saxlanılıb.

Şəhərlərdə avtomobillərin yandırılması barədə məlumatlar daxil olur. Nyu-Yorkun Bruklin bölgəsində nümayişçilərlə polis arasında toqquşmalar baş verib.

Nyu Meksiko ştatının Albukerke şəhərində bir neçə saat davam edən nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları dörd nəfəri tutub. “Associated Press”in məlumatına görə, etiraz aksiyaları zamanı həddən artıq sərt davranan amerikalı polislər nümayişləri rezin güllələr və gözyaşardıcı qaz vasitəsilə dağıdır.
Related Stories