0
Thursday 4 June 2020 - 00:20

ABŞ Qərbi Şəriyənin işğalçı İsrailə ilhaqı planını dayandırmaqla bağlı göstəriş verdi!

Story Code : 866493
ABŞ Qərbi Şəriyənin işğalçı İsrailə ilhaqı planını dayandırmaqla bağlı göstəriş verdi!
Əl-Məyadin şəbəkəsinin verdiyi məlumata əsasən, sionist rejimin radio kanalları işğal olunmuş Qüdsdəki mənbələrə istinadən qalmaqallı bir xəbər yayıb. Belə ki, ABŞ prezidenti Donald Trampın Qərbi Şəriyənin işğalçı İsrailə ilhaqı planını dayandırması ilə bağlı Netanyahuya göstəriş verdiyi iddia olunur. Bu fikir dəyişikliyinə Misir, Ərəbistan, Küveyt kimi bəzi nüfuzlu ərəb ölkələrinin ABŞ-a ciddi etiraz etməsinin səbəb olduğu söylənilir. 

Sionist rejim radiosu Əl-Cəridə qəzetinə istinadən bildirib ki, ABŞ-ın Fələstin torpaqlarının İsrailə ilhaq planı Küveytin baş nazirinin etirazı ilə qarşılaşıb.
İsrailin Maariv qəzeti sionist rejimin ordu komandanlarının Fələstin torpaqlarının ilhaqı planı ilə bağlı ssenarilərdən xəbərsiz olduğunu bildirib.

"Times of Israel" də bu mövzu ilə bağlı bildirib ki, ABŞ Netanyahunun elan etdiyi tarixdə Qərbi Şəriyənin bir hissəsinin İsrailə qatılmasına razı olmayacaq. Bu proses həftələrlə, hətta aylarla zaman ala bilər.
Source : IslamTimes
Related Stories