0
Saturday 6 June 2020 - 12:46

Tramp bu dəfə insanları fərqli metodla iş başına dönməyə çağırdı

Story Code : 866923
Tramp bu dəfə insanları fərqli metodla iş başına dönməyə çağırdı
ABŞ prezidenti bildirib ki, virus səbəbindən indiki dönəmdə xüsusi risk qrupunda olan insanlara nəzarətdə saxlamaq lazımdır.

O bildirib ki, ABŞ xalqının sağlamlığı ilə bağlı ən yaxşı addım bütün gücü evlərdə qalan yaşlıların qorunmasına sərf etməkdir. Tramp daha əvvəllər ABŞ-da koronavirusun nəyə qadir olduğu ilə bağlı anlayışın olmadığını bildirərək hazırda hər şeyin daha aydın olduğunu iddia edib. O deyib ki, risk qrupunda olmayan gənclər və orta yaşlılar iş yerlərinə dönə bilər. 

Daha öncə karantin rejiminin yumşaldılmasına qarşı çıxan Nyu York və Vaşinqton kimi böyük ştatların merləri ilə ciddi gərginliklər yaşayan ABŞ prezidenti, insanları zorla iş yerlərinə qaytarmağın mümkün olmadığını anlayaraq, fərqli metoda əl atıb. Virusun artıq öyrənildiyini və sadəcə yaşlılar və xəstələrin risk qrupunda olduğunu dilə gətirən Tramp bu yolla digər amerikalıları təhlükə ilə üz-üzə olmadıqlarına inandırmağa çalışır. Tramp belə olan halda böyük böhran yaşayan ABŞ və iqtisadiyyatını ayağa qaldırmağa çalışır.

Donald Tamp ölkəsinin iqtisadi baxımdan inanılmaz böhran yaşadığını bildirib. O deyib ki, əgər ştat merləri həmkarlıq etsələr və hər şey qaydasında getsə, virusdan öncəki iqtisadi vəziyyətə geri qayıtmağımız 10 il vaxt alacaq.
Source : IslamTimes
Related Stories