0
Friday 3 July 2020 - 23:28

Yəmən: “Səudiyyə rejiminə hücumlar mühasirə bitənədək davam edəcək”

Story Code : 872347
Yəmən: “Səudiyyə rejiminə hücumlar mühasirə bitənədək davam edəcək”

Deyerler.org xəbər verir ki, general-mayor Yəhya Sərii vurğulayıb ki, Səudiyyə rejimi koalisiyasının yeganə variantı Yəmənə qarşı hücumları və mühasirəni dayandırmaqdır.
 
“Yəməni müdafiə edə bilirik” deyən sözçü, Yəmənin Əl-Məsirə telekanalına verdiyi açıqlamasında, Səudiyyə rejiminin koalisiyasının hərbi zərbələrinin yeni olmadığını deyib: “Təhdid və hədə-qorxu dilindən istifadə bizə kömək etməyəcək. Əgər faydalı olsaydı, düşmənin təcavüzü bu günə qədər davam etməzdi.
 
İndiyə qədər bütün imkanlarımızdan istifadə etməmişik və düşmən bunu çox yaxşı başa düşməlidir.
 
Düşmənin yalnız bir variantı var, və bu təcavüzü dayandırmaq və mühasirəni yığışdırmaqdır.
 
Biz xalqımızı müdafiə etmək üçün qanuni hüququmuzdan istifadə edəcəyik və xalqımızın düşmən hücumları və sanksiyaları ilə öldürüldüyü zaman boş oturmayacağıq.
 
Hücumlarımızın hədəflərinin Ali Səud rejimi tərəfindən təzyiqə məruz qalan Ərəbistan xalqından uzaq olmasına diqqət edirik.
 
Dördüncü əməliyyat səudiyyəlilərə qarşı dəqiq bir balans əməliyyatı idi və hədəflərinə çox dəqiqliklə zərbələr endirdi.
 
Xalqımız aclıqdan ölməyəcək və hələ görüşüb danışmadığımız başqa variantlarımız var.
 
Ancaq təcavüz və mühasirənin davam etməsi, düşmənə qanuni cavab olaraq yolumuzun davam etməsi deməkdir və Allahın izni ilə hərəkətimiz sözümüzdən üstündür.
 
Xalqımıza qarşı hücumun başında dayanan Səudiyyə rejiminin hərbi və siyasi strukturlarına hücumlarımızı davam etdirəcəyik”.
 
Source : Deyerler
Comment