QR CodeQR Code

Amerika ordusunda gənc qız zorlanıb daha sonra tikə-tikə doğranıldı

IslamTimes , 4 Jul 2020 15:52

İslamTimes: Texas prokuroru ABŞ ordusundakı bir hərbçinin nişanlısı ilə birlikdə işlədiyi böyük cinayəti üzə çıxarıb.


"New York Times" qəzetinin yazdığına görə, aprel ayından bəri itkin düşən ABŞ ordusunun qadın hərbçisi Vanessa Gillenin Aron Robinson adlı başqa bir hərbçi tərəfindən qətlə yetirildiyi üzə çıxıb. Robinsonun dəfələrlə hərbçi qadını zorladığı bildirilir. Venessa Gillen qətlə yetirildikdən sonra Robinson və onun nişanlısı tərəfindən doğranılıb, daha sonra hissələrə ayrılmış cəsədi yandırılıb. 

Robinson Venessa Gilleni qətlə yetirdikdən sonra intihar edib. Onun nişanlısı Aquiları isə cinayət səhnəsinə aid dəlilləri gizlədiyi üçün 20 ilədək həbs gözləyir.

Keçmiş vitse-prezident və Demokrat partiyasından prezidentliyə namizəd olan Co Bayden Gillenin ailəsinə başsağlığı verib və deyib: "Biz orduda cinsi zorakılıq hallarına son qoymalıyıq və bu cinayəti işləyənləri sərt cəzalandırmalıyıq!"

Gillenin bacısı və dostları bildirib ki, o itkin düşməzdən öncə cinsi istismara məruz qaldığını söyləyib və heç kəs ona kömək üçün səy göstərməyib.

Qeyd edək ki, ABŞ ordusunda cinsi təcavüz halları son illərdə daha da artıb. Hər il minlərlə amerikalı hərbçi cinsi zorakılığa məruz qalır.


Story Code: 872486

News Link :
https://www.islamtimes.org/az/news/872486/amerika-ordusunda-gənc-qız-zorlanıb-daha-sonra-tikə-doğranıldı

Islam Times
  https://www.islamtimes.org